Bank Of Baku

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi 300 mln. manatı keçib

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi 300 mln. manatı keçib
# 01 avqust 2011 15:31 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin iyul ayında Azərbaycanda əhaliyə 6,4 mln. manat həcmində ipoteka krediti verilib. Bu barədə «APA-Economics»ə Azərbaycan İpoteka Fondundan (AİF) məlumat verilib.

Ümumilikdə 2011-ci ilin ilk 7 ayında 43,8 mln. manatlıq ipoteka kreditləri verilib. Bununla ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF-in xətti ilə verilən ipoteka kreditlərinin həcmi 300,1 mln. manata çatıb. Nəticədə iyulun 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 32,9 manata çatıb. Müqayisə üçün bildirək ki, ilin əvvəlində bu rəqəm 27,2 manat, iyulun 1-də 32 manat olub.

İyul ayında AİF tərəfindən 4,9 mln. manatlıq kredit yenidən maliyyələşdirilib. Bu, iyun ayına nisbətən 6,5% artıqdır. Yanvar-iyul aylarında 38,3 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Ümumilikdə indiyədək verilən ipoteka kreditlərinin 214,3 mln. manatı və ya 71,41%-i təkrar maliyyələşdirilib. İyul ayında dövlət büdcəsindən AİF-ə 1,3 mln. manat vəsait ayrılıb. Nəticədə ilk 7 ayda büdcədən ipoteka məqsədləri üçün ayrılan məbləğ 6,9 mln. manata çatıb.

İyul ayında İpoteka Fondu 3 mln. manatlıq istiqraz buraxıb. Yanvar-iyul aylarında Fondun buraxdığı istiqrazların həcmi 44 mln. manata çatıb. Ümumilikdə bu il fondun 60 mln. manatlıq istiqraz buraxması nəzərdə tutulub. İpoteka məqsədləri üçün dövlət tərəfindən ayrılan vəsaitlərin həcmi isə 14 mln. manat olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR