Bank Of Baku

“Muğanbank” uduşlu istiqrazların sayını artırıb

“Muğanbank” uduşlu istiqrazların sayını artırıb
# 02 avqust 2011 09:28 (UTC +04:00)
Bakı – APA-Economics. Bu il iyulun 30-da “Muğanbank” ASC-nin baş ofisində adsız uduşlu istiqrazların 14-cü tirajı keçirilib.

APA-Economics”in xəbərinə görə, bank ənənəsinə sadiq qalaraq bu dəfə də müştərilərini yeniliklə sevindirib və uduşlu istiqrazların sayını 1000-dən 1200-ə qədər artırıb.

Bundan əvvəlki tirajlarda olduğu kimi, 14-cü tiraj da tamamilə şəffaf mühitdə həyata keçirilib. Bir çox adsız istiqraz sahibləri ilə yanaşı, KİV nümayəndələrinin də iştirak etdiyi tirajın gedişini www.muganbank.az saytı vasitəsilə birbaşa izləmək mümkün olub.

Qalib istiqraz dörd lototronun köməyi ilə müəyyən olunub. Birinci lototron uduşun məbləğini, ikinci lototron uduşa düşən istiqrazın seriya nömrəsini, üçüncüsü uduşa düşmüş istiqrazın nömrəsinin birinci üç rəqəmini, dördüncüsü isə belə nömrənin son üç rəqəmini müəyyən etməyə imkan verib. Qeyd edək ki, uduşa düşmüş istiqrazlar növbəti tirajlarda oynanılmır.

Qeyd edək ki, bu ilin sonuna kimi isə daha üç tiraj keçiriləcək. Tirajda iştirak etmək üçün sadəcə dəyəri 50 manat olan istiqraz almaq yetərlidir. Hazırkı layihənin şərtləri elədir ki, istiqraz sahibləri bu istiqrazları almaqla heç nə itirmirlər. Belə ki, alınmış istiqrazların məbləği üzrə illik 2% hesablanır. Ən vacibi isə odur ki, istiqraz sahiblərinin daha böyük məbləğdə pul uduşları əldə etmək şansları var. Nominal dəyəri 50 manat olan istiqraz sahibinə 250, 500, 1000, 2500, 5000, 10000, 25000 və ya 50000 manat qazandıra bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR