Bank Of Baku

«Parabank» Loyallıq Layihəsinə start verib

«Parabank» Loyallıq Layihəsinə start verib
# 02 avqust 2011 10:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Parabank» ASC Loyallıq Layihəsinin icrasına başlayıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, layihənin əsas məqsədləri daimi və etibarlı müştərilər üçün əlverişli və faydalı şərtlər yaratmaqla məmnunluğunu qazanmaq və əməkdaşlığı möhkəmləndirmək, sosial xarakter daşıyır və banka müraciət edən vətəndaşları kredit alarkən yaranan bütün öhdəliklər haqqında təlimatlandırmaqdan və onların müsbət kredit tarixçələrinə sahib olmaqlarını təmin etməkdən ibarətdir.

Qeyd edək ki, «Parabank» Loyallıq Proqramı çərçivəsində etibarlı və daimi müştərilərinə növbəti kreditin alınmasında mühüm güzəştlər tətbiq edir (faiz dərəcələrində, komision haqqında, müddətdə, güzəşt dövründə və s.). Hazırda Bank 30 mindən artıq hüquqi və fiziki şəxslərə xidmət göstərir.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin iyulun 1-nə bankın ölkə üzrə 15 filialı, 18 bankomatı, 203 POS-terminalı fəaliyyət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR