Bank Of Baku

«Moody’s» agentliyi: Azərbaycan bank sistemi üçün perspektiv stabil qalır

«Moody’s» agentliyi: Azərbaycan bank sistemi üçün perspektiv stabil qalır
# 02 avqust 2011 12:47 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə «Moody’s İnvestors Service» beynəlxalq reytinq agentliyinin ölkənin bank sistemi üzrə nəşr olunan yeni hesabatında bildirilir. Burada «Moody’s»in bankların əlverişli fəaliyyət mühiti, aktivlərin keyfiyyəti, rentabellik və kapitalın adekvatlığı və s. aspektlər əks olunub.

«Biz fəaliyyət mühitinin qarşıdakı 12-18 ayda banklar üçün əlverişli olacağını gözləyirik. Bu müddət rentabelliyə, artıma və aktivlərin keyfiyyətinin inkişafına təkan verə bilər», - deyə «Moody’s» agentliyinin analitiki və hesabatın müəllifi Lev Dorf qeyd edir.

Agentlik proqnozlaşdırır ki, 2011-2012-ci illərdə neftin qiymətinin yüksək olması ilə əlaqədar neft sektoruna əsaslanan Azərbaycan iqtisadiyyatında ciddi artım gözlənilir. Bu da yerli banklar tərəfindən qeyri-neft sektoru və yaradıcı biznes imkanlarının inkişaf etdirilməsi, habelə dövlət xərclərinin genişlənməsinə əlavə təkan verəcək.

Əlverişli fəaliyyət mühiti tərəfindən dəstəklənən bank aktivlərinin keyfiyyəti 2010-cu ilin IV rübündəki stabilləşmədən sonra müəyyən qədər yaxın perspektivdə inkişafını davam etdirəcək. Bankların 2011-ci ilin ilk yarısındakı fəaliyyətinin nəticələri göstərir ki, aktivlərin keyfiyyəti 2011-in birinci yarısında inkişaf edib, baxmayaraq ki, problemli kreditlərin göstəricisi yüksək olub. Lakin Agentlik vaxtı keçmiş və strukturlaşdırılmış kreditlərin xüsusi çəkisinin 2010-cu ilin III rübündəki 17%-dən cari ilin sonuna kimi 14%-dək enəcək.

Bir çox bankların kapitallaşması yaxın perspektiv üçün stabil qalacaq. Növbəti rübdə bankların səhmdarları tərəfindən kapitalın artırılmasına əhəmiyyətli kapital qoyuluşu gözlənilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR