Bank Of Baku

İyulda Azərbaycanda deflyasiya davam edib

İyulda Azərbaycanda deflyasiya davam edib
# 03 avqust 2011 08:07 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində ərzaq məhsullarının qiymətləri 1,6% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,1% bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə əvvəlki ayla eyni səviyyədə qalıb.

«Ötən ay ərzaq məhsullarından un, qarabaşaq yarması, təzə balıq, pasterizə olunmamış və sterelizə olunmuş üzlü süd, limon, banan, alma, armud, alça, albalı, gilas, şaftalı, ərik, qarpız və yemiş, kələm, xiyar, pomidor, bibər, badımcan, göyərti, göy lobya, soğan, kartofun qiyməti ucuzlaşıb. Eyni zamanda, ay ərzində ucuzlaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma müşahidə olunub ki, bu əsasən mal və qoyun əti, toyuq və toyuq budu, düyü, manna yarması, vermişel və makaron, xama, yumurta, kərə yağı, şəkər və şəkər tozu, kök, sarımsaq, günəbaxan və qarğıdalı yağları, şabalıdın qiymətlərində qeydə alınıb», - deyə Komitədən bildirilib.

İyul ayında qeyri-ərzaq mallarından inşaat materiallarından kəsilmiş taxtalar, ağac yonqar və lifli lövhələr, kərpic, sement, parket, mebellərdən mətbəx üçün mebel dəsti, kətilin, yataq mebel dəstinin qiymətləri bahalaşıb. Bahalaşma ilə yanaşı ay ərzində qeyri-ərzaq mallarının qiymətlərində ucuzlaşma müşahidə olunub ki, bu da əsasən geyim və ayaqqabıların qiymətlərində müşahidə olunub. Bundan əlavə, inşaat materiallarından su tənzimləyici cihazlar, parket üçün lak, vannalar, məişət avadanlıqlarından paltaryuyan maşın, qızdırıcı, tozsoranın qiymətləri də ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR