Bank Of Baku

«Moody’s» ABŞ-ın reytinqinin proqnozunu «neqativ»ə dəyişib

«Moody’s» ABŞ-ın reytinqinin proqnozunu «neqativ»ə dəyişib
# 03 avqust 2011 10:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Moody’s Investors Service» beynəlxalq reytinq agentliyi ABŞ-ın dövlət istiqrazlarının reytinqini AAA səviyyəsində təsdiqləyib, lakin sözügedən istiqrazlar üzrə proqnozuna yenidən baxaraq «neqativ»ə dəyişib.

«APA-Economics»in məlumatına görə, 2011-ci ilin iyulun 13-də «Moody’s» ABŞ-ın dövlət istiqrazları üzrə reytinqi yenidən qiymətləndirməyə başlamışdır ki, reytinqin aşağı düşəcəyi ehtimal olunurdu. Belə ki, ABŞ defolt təhlükəsi ilə üzləşmişdir. Lakin bu günlərdə ABŞ Konqresi dövlət borcu limitinin artırılması və federal büdcə kəsirinin azaldılması planını təsdiq edib, prezident Barak Obama isə bu qanun layihəsini imzalayıb. Bu, demək olar ki, ABŞ-ın defolt riskini tamamilə aradan qaldırıb. Məhz bundan sonra «Moody’s»in ekspertləri ABŞ-ın dövlət istiqrazlarının reytinqini yenidən AAA səviyyəsində təsdiqləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR