Bank Of Baku

«DəmirBank» «Migom» sistemi ilə pulköçürmə xidmətlərini bərpa edib

«DəmirBank» «Migom» sistemi ilə pulköçürmə xidmətlərini bərpa edib
# 03 avqust 2011 11:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC «Migom» beynəlxalq sistemi üzrə pul köçürmələrini yenidən bərpa edərək, təcili pulköçürmə xidmətlərinin çeşidini genişləndirib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və digər MDB ölkələrində «Migom» sistemi ilə müştərilər ABŞ dolları, avro və Rusiya rublu ilə pul göndərə və ala bilərlər. «DəmirBank» «Migom» sisteminin yeni versiyasını Azərbaycanda ilk dəfə tətbiq edib ki, bu da əvvəlki versiya ilə müqayisədə texniki və təhlükəsizlik cəhətdən bir sıra üstünlüklərə malikdir.

Pulköçürmə xidmətlərini «DəmirBank»ın 31 filial və şöbəsində həyata keçirmək mümkündür. Bank «Western Union», «Bıstraya Poçta», «Contact», «Zolotaya Korona», «Coinstar», «Blizko», «PrivatMoney» və «Migom» sistemləri ilə beynəlxalq pul köçürmələri həyata keçirir. Eyni zamanda, «DəmirBank» özünün «Şimşək» sistemi ilə də əhaliyə ölkədaxili pulköçürmə xidmətləri göstərir.

Qeyd edək ki, «DəmirBank»ın filiallarında ən azı 500 AZN/USD/EUR və ya 15 min RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2 min AZN/USD/EUR və ya 60 min RUR olduqda isə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur. Həmçinin, pul köçürmələri üzrə hər ay keçirilən uduş kampaniyasında 16 müştəri - 1 nəfər 1 000 manat, 5 nəfər 200 manat və 10 nəfər 100 manat məbləğində pul vəsaiti uda bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR