Bank Of Baku

Azərbaycan fond bazarında brokerlərin iyul renkinqinə «YapıKredi Invest» başçılıq edir

Azərbaycan fond bazarında brokerlərin iyul renkinqinə «YapıKredi Invest» başçılıq edir
# 03 avqust 2011 12:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə «YapıKredi Invest» MMC başçılıq edir.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, şirkət 1 müştəriyə ümumi dəyəri 13,04 mln. manat olan broker xidmətləri göstərib. İkinci yeri 1 müştəriyə ümumi həcmi 5,5 mln. manat olan broker xidmətləri göstərmiş «Respublika Invest» MMC tutub. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 5,346 mln. manatla «Texnika Capital Management» qərarlaşıb.

2011-ci il iyul ayı üzrə DQK bazarında göstərilmiş
xidmətlərin həcminə görə brokerlərin renkinqi


Mövqe
(iyul, 2011)

Mövqe
(iyun, 2011)

Brokerlər

Əqdlərin sayı

Müştərilərin sayı

Əməliyyatlarının həcmi (AZN)

1

4

YapıKredi Invest

7

1

13 039 484,70

2

1

Respublika Invest

2

1

5 499 652,00

3

9

Texnika Capital Management

4

2

5 345 563,05

4

5

Chelsea Capital

5

3

4 566 333,13

5

2

Caspian Financial

1

1

3 000 000,00

6

3

Brokdil-Az

2

1

1 998 876,09

7

6

BoB Broker

1

1

1 497 205,50

8

7

Standard Capital

1

1

498 819,96

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR