BFB-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarı 50,8% artıb. Korporativ istiqrazların ilkin bazarında 56 əqd üzrə 58,474 mln. manatlıq yerləşdirmə qeydə alınıb, istiqrazların təkrar bazarında isə 55 əqd üzrə 91,327 mln. manatlıq əqdlər bağlanılıb ki, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə istiqrazların ilkin bazarı 57,1%, təkrar bazarı isə 2 dəfə artıb. Ümumiyyətlə, korporativ istiqrazlar bazarı ilin ilk 7 ayı ərzində 84,7% artıb.
Səhm bazarına gəldikdə isə, hesabat dövründə bu növ kağız üzrə qeydə alınan əqdlərin həcmi 70,588 mln. manat təşkil edib və 2010-cu ilin yanvar-iyul aylarına nisbətən 12,2% azalıb. Səhmlərin ilkin bazarı 14,3% azalıb, təkrar bazarı isə 32,9% artıb.
Korporativ qiymətli kağızlar
Bazarın seqmentləri | Yanvar-iyul, 2011 | Yanvar-iyul, 2010 | Nisbət (%) | ||
Əqdlərin həcmi, | Əqdlərin | Əqdlərin həcmi, | Əqdlərin | ||
Korporativ istiqrazlar (yerləşdirmə) | 91 885 972,50 | 56 | 58 473 937,10 | 73 | 57,1% |
Korporativ istiqrazlar (təkrar bazar) | 184 748 225,66 | 55 | 91 327 407,34 | 62 | 2 dəfə |
KI bazarı cəmi | 276 634 198,16 | 111 | 149 801 344,44 | 135 | 84,7% |
Səhmlər (yerləşdirmə) | 65 868 332,00 | 106 | 76 833 210,96 | 907 | -14,3% |
Səhmlər (təkrar bazar) | 4 719 614,34 | 2 095 | 3 551 931,56 | 1 190 | 32,9% |
Səhm bazarı cəmi | 70 587 946,34 | 2 201 | 80 385 142,52 | 2 097 | -12,2% |
KQK bazarı cəmi | 347 222 144,50 | 2 312 | 230 186 486,96 | 2 232 | 50,8% |
Bundan başqa, cari ilin yanvar-iyul aylarında birjada dövlət istiqrazları (Dİ) bazarında da artım müşahidə olunub. Belə ki, hesabat dövründə dövlət istiqrazları bazarının həcmi 1% artıb, o cümlədən istiqrazların ilkin bazarının həcmi 47,5% artıb, təkrar bazarın həcmi isə 67,6% azalıb. Ümumiyyətlə, yanvar-iyul aylarında dövlət qiymətli kağızlar (DQK) bazarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 5,7 dəfə artıb.
Dövlət qiymətli kağızları
Bazarın seqmentləri | Yanvar-iyul, 2011 | Yanvar-iyul, 2010 | Nisbət (%) | ||
Əqdlərin həcmi, | Əqdlərin | Əqdlərin həcmi, | Əqdlərin | ||
Dİ (AMN) (yerləşdirmə) | 178 869 168,77 | 105 | 121 305 236,85 | 50 | 47,5% |
Dİ (AMN) | 26 616 863,09 | 25 | 82 132 035,24 | 42 | -67,6% |
Dİ bazarı cəmi | 205 486 031,86 | 130 | 203 437 272,09 | 92 | 1% |
Notlar (AMB) (yerləşdirmə) | 502 122 741,33 | 184 | 120 479 633,79 | 105 | 4,2 dəfə |
Notlar (AMB) | 9 555 687,77 | 5 | 5 564 936,87 | 2 | 71,7% |
Not bazarı cəmi | 511 678 429,10 | 189 | 126 044 570,66 | 107 | 4,1 dəfə |
Repo əməliyyatları | 3 486 717 782,68 | 727 | 412 284 720,64 | 421 | 8,5 dəfə |
DQK bazarı cəmi | 4 203 882 243,64 | 1 046 | 741 766 563,39 | 620 | 5,7 dəfə |
Dİ – dövlət istiqrazları;
AMN – Azərbaycan Maliyyə Nazirliyi;
AMB – Azərbaycan Mərkəzi Bankı;
DQK – Dövlət qiymətli kağızları;
KQK – Korporativ qiymətli kağızlar.