Bank Of Baku

İyulda Azərbaycanda 5 kredit ittifaqı yaradılıb

İyulda Azərbaycanda 5 kredit ittifaqı yaradılıb
# 03 avqust 2011 13:44 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin iyul ayında Azərbaycanda 5 yeni kredit ittifaqı dövlət qeydiyyatına alınıb. «APA-Economics»in məlumatına görə, bu barədə Vergilər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, «Dostlar MM» kredit ittifaqı Füzuli rayonunun Horadiz qəsəbəsində təsis edilib. Nizamnamə kapitalı 5 005 manat olan ittifaqı bir-biri ilə qohumluq əlaqələri olan 11 fiziki şəxs təsis edib.

Daha bir kredit təşkilatı - «Real Aqroresurs» kredit ittifaqı İmişli şəhərində təsis edilib. Belə ki, 4 400 manat nizamnamə kapitalı olan bu təşkilatın da təsisçisi 11 fiziki şəxsdir.

Masallıda yaradılan «Aqrovest» kredit ittifaqının nizamnamə kapitalı 4 000 manat, təsisçisi 11 fiziki şəxsdir.

Növbəti, «Prins» kredit ittifaqı Bərdə şəhərində təsis edilib. Təşkilatın nizamnamə kapitalı 4 min manat, təsisçisi 11 fiziki şəxsdir.

Sonuncu kredit təşkilatı – «AMB» kredit ittifaqı Lənkəranda təsis edilib. Bu ittifaqın da nizamnamə kapitalı 4 min manat, təsisçisi 11 fiziki şəxsdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR