Bank Of Baku

«Fitch Ratings» dünya iqtisadiyyatının artımı üzrə proqnozunu azaldıb

«Fitch Ratings» dünya iqtisadiyyatının artımı üzrə proqnozunu azaldıb
# 03 avqust 2011 14:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi dünya iqtisadiyyatının artımı üzrə 2011-ci il üçün proqnozunu aşağı salıb. «APA-Economics»in məlumatına görə, bu barədə «Fitch Ratings»in nəşr etdiyi «Dünya iqtisadiyyatının inkişaf perspektivləri» («Global Economic Outlook») rüblük hesabatda bildirilir.

Əgər cari ilin mart ayında «Fitch Ratings» dünya iqtisadiyyatının artım tempinin 2011-ci ildə 3,2% təşkil edəcəyini proqnozlaşdırırdısa, hazırda reytinq agentliyi bu proqnozu 0,1 faiz bəndi azaldaraq 3,1%-ə endirib. Buna baxmayaraq, «Fitch Ratings» 2012-2013-cü illərdə dünya iqtisadiyyatının artımı üzrə proqnoz göstəricisini yüksəldib – 3%-dən 3,4%-dək.

Agentliyin ekspertlərinin fikrincə, 2011-ci ildə dünya iqtisadiyyatının artım tempi bir çox ölkələrin və ümumilikdə regionların iqtisadiyyatının zəifləməsi ilə əlaqədar olacaq: «Lakin söhbət kəskin deyil, mülayim azalmadan gedir».

«Ümumiyyətlə, dünya iqtisadiyyatının aparıcı qüvvəsi 2011-ci ildə inkişaf edən ölkələr olacaq. Lakin bu ölkələrin ÜDM üzrə proqnozları da aşağı düşüb. Buna səbəb yüksək inflyasiya şəraitində pul-kredit siyasətinin sərtləşdirilməsi olub», - deyə hesabatda bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR