Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu son bir ildə 20% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu son bir ildə 20% artıb
# 03 avqust 2011 16:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında Azərbaycanın dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 138 xarici dövlətlə 17,4 mlrd. ABŞ dolları məbləğində ticarət əməliyyatları aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 13,1 mlrd. dollarını Azərbaycandan ixrac olunmuş mallar, 4,3 mlrd dollarını ölkəyə idxal edilmiş məhsullar təşkil edib. Nəticədə, 8,7 mlrd. dollarlıq müsbət ticarət saldosu yaranıb. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə ticarət dövriyyəsinin həcmi 32,8%, o cümlədən ixrac 28,4%, idxal 48,3%, müsbət saldo isə 19,2% artıb. Əmtəə mübadiləsinin 2,9 mlrd. dolları MDB ölkələri, 14,5 mlrd. dolları digər ölkələrlə həyata keçirilib.

«Ötən ilin ilk altı ayı ilə müqayisədə ölkə üzrə xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 9,3%, o cümlədən MDB ölkələri üzrə 32,7%, uzaq xarici dövlətlər üzrə isə 6,1% çox olub», - deyə Komitədən bildirilib.

Qeyd edək ki, xarici ticarət əməliyyatlarının 4/5 hissəsindən çoxu (80,7%-i) İtaliya, Fransa, Rusiya, ABŞ, Ukrayna, Türkiyə, Malayziya, İndoneziya, Belarus, Almaniya, Hindistan, İsrail və Çin ilə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR