Bank Of Baku

Azərbaycanda 50-dən çox auditor təşkilatı fəaliyyət göstərir

Azərbaycanda 50-dən çox auditor təşkilatı fəaliyyət göstərir
# 04 avqust 2011 09:22 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Auditorlar Palatası 1996-2010-cu illər ərzində ölkə ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün 298 fiziki və 101 hüquqi şəxsə, o cümlədən 12 hüquqi şəxsə lisenziya verib. «APA-Economics»in məlumatına görə, bunu Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.

Onun sözlərinə görə, hazırda ölkənin bütün ərazisi auditor xidməti ilə əhatə olunub. Hazırda Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəmkir və Beyləqan şəhərlərində 50-dən çox auditor təşkilatı (o cümlədən, 5 xarici auditor təşkilatının filial və nümayəndəliyi) fəaliyyət göstərir. Bundan başqa, elə həmin ərazilərdə, o cümlədən Abşeron, Cəlilabad, Zaqatala, Biləsuvar, Göygöl və Şərur rayonlarında fərdi sahibkar kimi 40 sərbəst auditor fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR