Bank Of Baku

«Muğanbank» son bir ildə aktivlərini 30% artırıb

«Muğanbank» son bir ildə aktivlərini 30% artırıb
# 04 avqust 2011 11:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayının 1-nə Azərbaycanın «Muğanbank» ASC-nin aktivlərinin həcmi 221,316 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 29% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 7,5% genişlənərək 73,825 mln. manat, kredit portfeli 37,7% artaraq 160,144 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 31% artaraq 26,081 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 16,7% artaraq 28,163 mln. manat, o cümlədən nizamnamə kapitalı 11,3% artaraq 22,250 mln. manat təşkil edib.

Qeyd edək ki, iyulun 1-nə bankın gəlirləri 36,2% artaraq 15,007 mln. manata, xərcləri isə 30,7% artaraq 12,313 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 68,6% artaraq 2,694 mln. manat təşkil edib.

Həmçinin, bu dövr ərzində bank tərəfindən əlavə 1 filial açılıb, 9 bankomat və 19 POS-terminal quraşdırılıb. Bankın işçilərinin sayı isə 10,4% artaraq 508 nəfərə çatıb.

Xatırladaq ki, «Muğanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın 30 filialı, 41 bankomatı və 89 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR