Bank Of Baku

«Amrahbank» və «Turkapital» arasında əməkdaşlıq memorandumu imzalanıb

«Amrahbank» və «Turkapital» arasında əməkdaşlıq memorandumu imzalanıb
# 04 avqust 2011 12:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Amrahbank» ASC və Türkiyənin «Turkapital» şirkəti arasında ümumi maraqlara əsaslanan işgüzar sahələr üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Müqavilənin məqsədi tərəflər arasında Azərbaycanda və Türkiyədə birbaşa investisiyalar üzrə əməkdaşlığı daha da möhkəmləndirməkdir.

«Amrahbank»dan «APA-Economics»ə verilən məlumata görə, müqavilə «Turkapital»ın İdarə Heyətinin sədri Fəvvaz əl-İssa və «Amrahbank»ın İdarə Heyətinin sədri Emil Məmmədov tərəfindən imzalanıb. .F.əl-İssa «Amrahbank»ın səylərini qiymətləndirərək, ən yaxın zamanda «Turkapital»ın Azərbaycanda mövcud olan gəlirli investisiya imkanlarından «Amrahbank» vasitəsilə yararlanacağına tam əmin olduğunu bildirib.

Öz növbəsində «Amrahbank» azərbaycanlı investorların layihələrinin araşdırılmasında «Turkapital»a yardım göstərəcək. Bununla yanaşı, «Turkapital» maraqlı investisiya layihələrinin qiymətləndirilməsində və seçilməsində «Amrahbank»la əməkdaşlıq edəcək.

Xatırladaq ki, Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi son 5 ildə 2,5 mlrd. dollar təşkil edib. Bu göstəricinin növbəti 5 ildə iki dəfə artacağı gözlənilir.

Qeyd edək ki, «Turkapital» 2008-ci ildə 150 mln. ABŞ dolları həcmində nizamnamə kapital ilə yaradılıb. Şirkətin məqsədi Körfəz Əməkdaşlıq Şurasının (Gulf Cooperation Council) Türkiyə və Avrasiya ölkələrində əsas investisiya mənbəyinə çevrilməkdir. Fəaliyyəti şəriət prinsiplərinə əsaslanan investisiya qurumunun aktivləri 2010-cu ildə 272,7 mln. dollar təşkil edib.

Xatırladaq ki, 1993-cü ildə təsis edilmiş «Amrahbank» ASC depozit hesabları, plastik kartlarla əməliyyatlar, hesablaşma-kassa xidmətləri, sənədli əməliyyatlar, kredit əməliyyatları, o cümlədən istehlak və biznes kreditləri, valyuta mübadiləsi, yerli və beynəlxalq pul köçürmələri, kommunal və rabitə xidmətlərinin ödənişi, banklararası kreditlər və depozitlər, biznes məsləhətləri kimi müxtəlif növ fərdi və korporativ bank xidmətləri göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR