Bank Of Baku

«Zamin Bank»ın mənfəəti son bir ildə kəskin artıb

«Zamin Bank»ın mənfəəti son bir ildə kəskin artıb
# 04 avqust 2011 14:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayının 1-nə Azərbaycanın «Zamin Bank» ASC-nin aktivlərinin həcmi 285,049 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən 43% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 34,9% artaraq 183,289 mln. manat, depozit portfeli isə 69% artaraq 64,662 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 46,7% artaraq 27,461 mln. manat, o cümlədən nizamnamə kapitalı 57% artaraq 20,722 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın gəlirləri 18,449 mln. manat, xərcləri isə 16,274 mln. manat təşikl edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 90,4% və 78,4% çoxdur.

Nəticədə, «Zamin Bank» bu ilin yanvar-iyun ayları ərzində 2,176 mln. manat məbləğində mənfəət əldə edib ki, bu da ötən ilin analoji dövrünün eyni göstəricisini 3,8 dəfə üstələyir.

Xatırladaq ki, «Zamin Bank» ASC 1992-ci ildə yaradılıb. Hazırda bankın ölkə üzrə 37 filialı, 37 bankomatı, 1 891 POS-terminalı və 607 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR