Bank Of Baku

«Bank of Baku» müştərilərə gündə 2 manata kredit təklif edir

«Bank of Baku» müştərilərə gündə 2 manata kredit təklif edir
# 05 avqust 2011 08:14 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC yalnız yeni müştəriləri əhatə edən xüsusi şərtlər əsasında «Gündə 2 manata 1000 manat» adlı kampaniyasına start verib.

Bankın baş ofisindən «APA-Economics»ə bildirilib ki, avqustun 31-dək davam edəcək yeni kampaniya çərçivəsində 24 aylıq kreditə götürülmüş 1000 manat məbləğində vəsaitin (əsas məbləğ + komissiya) gündəlik dəyəri cəmi 2 manat təşkil edəcək. Müştərinin iş yerindən və vəzifəsindən asılı olaraq kreditin maksimal məbləği 5000 manata qədər artırıla bilər.

Paralel olaraq «Bank of Baku» öz təkrar müştəriləri üçün də sərfəli kreditlər təklif etməkdə davam edir. Hazırda bank geniş çeşiddə istehlak kreditləri təqdim edir: nağd krediti, kompüter, mebel, məişət texnikası, mobil telefon, qızıl, təhsil, təmir, tibb, turizm, avtomobil krediti.

Xatırladaq ki, cari ilin iyul ayının 31-i vəziyyətinə «Bank of Baku»nun istehlak kreditləri portfelinin həcmi 181,3 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR