Bank Of Baku

Dünya Bankı yaxın bir ildə Azərbaycanda 4 layihənin icrasına başlayacaq

Dünya Bankı yaxın bir ildə Azərbaycanda 4 layihənin icrasına başlayacaq
# 05 avqust 2011 10:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankının (DB) cari maliyyə ili (2012-ci ilin iyunun sonunadək) ərzində Azərbaycanda 4 layihənin icrasına başlayacaq. «APA-Economics»in məlumatına görə, bunu DB-nın Azərbaycan üzrə meneceri Cozef Ouen bildirib.

Onun sözlərinə görə, hazırda bu 4 layihə üzrə hazırlıq işləri aparılır ki, bunlar məcburi köçkünlərin dəstəklənməsi layihəsinin davamı, kənd təsərrüfatı investisiyaları layihəsinin (AzRIP) ikinci mərhələsi, kənd təsərrüfatının inkişafı layihəsi və Hövsan qəsəbəsində su təmizləyici qurğuların borularının inşası layihəsidir.

Bütövlükdə 4 layihənin icrasına təxminən 240 mln. ABŞ dolları həcmində vəsaitin ayrılması gözlənilir. Belə ki, məcburi köçkünlərin dəstəklənməsi layihəsinin icrasına 50 mln. dollar, AzRIP layihəsinə 30-50 mln. dollar, kənd təsərrüfatı sahəsinin inkişafı layihəsinə 30-50 mln. dollar, Hövsanda su təmizləyici qurğuların borularının tikilməsi layihəsinə isə 80-90 mln. dollar həcmində kreditin ayrılması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən DB-nın üzvüdür. Hazırda Bankın Azərbaycan üzrə portfeli 2,3 mlrd. dollar təşkil edir ki, portfelə 20 layihə daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR