Bank Of Baku

Dünya Bankı Azərbaycana daha 125 mln. dollar ayıracaq

Dünya Bankı Azərbaycana daha 125 mln. dollar ayıracaq
# 05 avqust 2011 10:42 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu DB-nın Azərbaycan üzrə meneceri Cozef Ouen bildirib.

Onun sözlərinə görə, Bankın Direktorlar Şurası Azərbaycan üzrə yeni tərəfdaşlıq strategiyası (2011-2014-ci illər) çərçivəsində 3 layihə təsdiq edib ki, bunlar kapital bazarının müasirləşdirilməsi layihəsi, su təchizatı layihəsi və məhkəmə sisteminin modernləşməsi layihəsinin icrasına əlavə vəsait ayrılmasıdır: «Yaxın vaxtlarda hər üç layihə üzrə kredit sazişlərinin imzalanması gözlənilir».

Qeyd edək ki, birinci layihənin icrasına DB Azərbaycana 12 mln. dollar, ikinci layihəyə 80 mln. dollar, üçüncü layihə üçün isə 33,4 mln. dollar ayıracaq.

C.Ouen onu da bildirib ki, DB Azərbaycan üzrə daha iki layihənin icrasını başa çatdırıb: «Bunlardan biri pensiya və sosial yardım sahəsinə aid olan, digəri isə suvarma sistemi sahəsinə aid olan layihələrdir».

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən DB-nın üzvüdür. Hazırda Bankın Azərbaycan üzrə portfeli 2,3 mlrd. dollar təşkil edir ki, portfelə 20 layihə daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR