Bank Of Baku

İTM: Azərbaycanda illik inflyasiya 15%-i keçib

İTM: Azərbaycanda illik inflyasiya 15%-i keçib
# 05 avqust 2011 12:49 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycanın 10 regionunda 2011-ci ilin iyul ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb. Müşahidələrə əsasən, iyulda Azərbaycanda istehlak qiymətləri 0,25% artıb. Ərzaq məhsulları 0,33%, qeyri-ərzaq məhsulları 0,06%, xidmətlər isə 0,28% bahalaşıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 0,37%, regionlarda 0,13% artıb. O cümlədən, ərzaq məhsulları Bakıda 0,56%, regionlarda 0,11%, müvafiq olaraq qeyri-ərzaq məhsulları 0,07% və 0,05%, xidmətlər isə 0,24% və 0,31% bahalaşıb.

Hesabat ayında ən çox şəkər tozu (8,44%), makaron (7,32%), sümüksüz mal əti (tikə) (5,75%), kərə yağı (4,06%), 585 əyarlı qızıl üzük (6,52%) bahalaşıb. Ümumi qiymət artımına baxmayaraq, bəzi məhsul və xidmətlərdə ucuzlaşma qeydə alınıb. Məsələn, qarpız 55,31%, şaftalı 32,07%, banan 12,24%, parket üçün lak 11, 80%, qadınlar üçün saç kəsimi xidməti 1,46% və s. ucuzlaşıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 15,54% bahalaşma qeydə alınıb. Bakıda qiymətlər 19,34%, regionlarda isə 11,80% artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya ərzaq məhsullarında (26,39%) olub. Qeyri-ərzaq məhsullarında artım 3,81%, xidmətlərdə isə 3,96% təşkil edib.

Bu ilin ilk 7 ayında ölkədə istehlak qiymətləri 5,49%, o cümlədən ərzaq məhsulları 8,44%, qeyri-ərzaq məhsulları 1,52%, xidmətlər isə 2,79% yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR