Bank Of Baku

Proqnoz: Azərbaycan Dövlət Neft Fondunun aktivləri 10 ilə 100 mlrd. dolları keçəcək

Proqnoz: Azərbaycan Dövlət Neft Fondunun aktivləri 10 ilə 100 mlrd. dolları keçəcək
# 05 avqust 2011 14:18 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu proqnozla Dünya Bankının (DB) mütəxəssisləri çıxış edib.

«Azərbaycanın neft gəlirlərinin artımının hansı müddət ərzində davam edəcəyi heç kimə məlum deyil. Lakin tədricən gəlirlər azalacaq. Bununla bağlı Azərbaycanda Neft Fondunun yaradılması vaxtında atılmış və düzgün addım olub. Hazırda Fondun aktivlərinin həcmi 30 mlrd. dollardan çoxdur, 10 ildən sonra isə bu göstəricinin 100 mlrd. dolları keçəcəyi gözlənilir», - deyə mütəxəssislər bildirib.

Qeyd edək ki, ARDNF-ın proqnozlarına əsasən, yaxın 5 ildə Fondun aktivlərinin həcmi neftin qiymətindən asılı olaraq 50 mlrd. dollar təşkil edəcək, 15 ildə isə 100 mlrd. dollar həddini keçəcək. Son 10-11 il ərzində Fondun ümumi daxilolmalarının həcmi 50 mlrd. dollar olub. Bu məbləğdən də faiz gəlirləri 1 mlrd. dollar təşkil edib. Həmçinin, 20 mlrd. dollar infrastruktur layihələrinə ayrılıb.

Xatırladaq ki, 2011-ci ilin ilk yarısında ARDNF-ın gəlirləri 7 925,3 mln. manat və yaxud 10 002,8 mln. dollar təşkil edib. Gəlirlərin 96%-i və yaxud 7 611,2 mln. manatı (9 607,3 mln. dolları) karbohidrogen ehtiyatlarının satışından əldə edilib. Dünya neft bazarlarında xam neftin qiymətlərinin yüksək səviyyədə qalmasının nəticəsi olaraq Fondun aktivləri 6 ay ərzində 7,6 mlrd. dollar artaraq ilk dəfə olaraq iyulun 1-ə 30,4 mlrd. dollara çatıb.

Qeyd edək ki, ARDNF-ın vəsaitlərinin 50%-i ABŞ dolları, 40%-i avro, 5%-i funt sterlinq, qalanı isə digər valyutalarda yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR