Bank Of Baku

Dünya Bankının Azərbaycandakı layihələrin icmalı aparılacaq

Dünya Bankının Azərbaycandakı layihələrin icmalı aparılacaq
# 05 avqust 2011 14:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayında Dünya Bankı (DB) Azərbaycanda həyata keçirdiyi layihələrin icmalını aparacaq. «APA-Economics»in məlumatına görə, bunu DB-nın Azərbaycan üzrə meneceri Cozef Ouen bildirib.

Onun sözlərinə görə, hazırda DB Azərbaycanda 20 layihə həyata keçirir: «Layihələrin nə qədər sürətlə icra olunması, onların effektivliyi və bu kimi məsələləri müəyyənləşdirmək üçün oktyabrda Bank və Azərbaycan hökuməti layihələrin birgə icmalını aparacaq».

C.Ouen onu da bildirib ki, gələn ilin sonunda DB Azərbaycan üzrə təsdiq olunmuş yeni tərəfdaşlıq strategiyasına (2011-2014-ci illəri əhatə edən) yenidən baxacaq və ehtiyac olduğu halda, strategiyaya müəyyən dəyişikliklər ediləcək.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən DB-nın üzvüdür. Hazırda Bankın Azərbaycan üzrə portfeli 2,3 mlrd. ABŞ dolları təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR