Bank Of Baku

«DəmirBank» əməkdaşları üçün treninq keçirib

«DəmirBank» əməkdaşları üçün treninq keçirib
# 05 avqust 2011 14:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC müştəri xidməti keyfiyyəti və çarpaz satış sahəsində ixtisaslaşmış ekspert cəlb edərək 2 aylıq treninq proqramı təşkil edib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, treninq proqramı təlimçi ekspert Nino Karseladze tərəfindən Bakı filiallarının əməliyyatçıları və bir sıra digər əməkdaşlar üçün keçirilib. Bu müddət ərzində ekspert şənbə günləri treninqlər keçirib, iş günləri isə növbə ilə Bakı filiallarında müştəri xidməti prosesini izləyərək filial rəhbərlərinə və əməkdaşlara gündəlik tövsiyələr verib.

Treninq proqramı ərzində müxtəlif testlərdən, praktiki məşğələlərdən və video çarxlardan istifadə edilib. Proqramın sonunda iştirakçılar arasında yekun test keçirilib və müvafiq əməkdaşlara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, «DəmirBank»da 2010-cu ildə də «Müştəri xidməti və davranış Standartları» hazırlanıb və onun əsasında əməkdaşlara treninqlər keçirilib. Müştəri xidmətinin inkişafı üçün «DəmirBank» son aylar ərzində 4 filialını yeni ofislərə köçürüb və daha 2 filial köçürüləcək. Bank bir sıra filiallarda yeni korporativ interyer tərtibat standartlarını tətbiq edib. «DəmirBank» müştəri xidmətinin inkişafı üçün həmçinin xidmətlərin şərtlərinin optimallaşdırılması, məlumat vasitələrinin yenilənməsi, infrastruktur layihəsi üzrə İT və rabitə sistemlərinin yenilənməsi və bir sıra digər işlər də həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR