Bank Of Baku

Dünya Bankı Azərbaycan İpoteka Fonduna maliyyə vəsati ayıracaq

Dünya Bankı Azərbaycan İpoteka Fonduna maliyyə vəsati ayıracaq
# 06 avqust 2011 10:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı (DB) Azərbaycan İpoteka Fonduna (AİF) maliyyə vəsaiti ayıra bilər. Bu barədə «APA-Economics»ə DB-nın Bakıdakı ofisindən məlumat verilib.

Ofisdən bildirilib ki, hazırda bu məsələ ilə bağlı texniki təhlil aparılır: «Ümumiyyətlə, yaxın gələcəkdə DB Azərbaycanda həyata keçirdiyi bütün layihələrin təhlilini keçirəcək ki, bu işlərə 6 aydan 12 ayadək vaxt tələb olunacaq. Məhz bundan sonra DB ilə AİF arasında hər hansı bir layihə reallaşa bilər».

Bankın Bakı nümayəndəliyindən həmçinin bildirilib ki, təhlildən sonra DB tərəfindən maliyyə vəsaitinin kredit və ya texniki yardım şəklində ayrılması məsələsi müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən DB-nın üzvüdür. Hazırda Bankın ölkə üzrə portfeli 2,3 mlrd. ABŞ dolları təşkil edir ki, bura 20 layihə daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR