Bank Of Baku

Ekspertlər: Azərbaycan rəqabətə davamlılığını artırmaq üçün məhsuldarlığı yüksəltməlidir

Ekspertlər: Azərbaycan rəqabətə davamlılığını artırmaq üçün məhsuldarlığı yüksəltməlidir
# 06 avqust 2011 09:47 (UTC +04:00)
«APA-Economics»in Dünya Bankının (DB) mütəxəssislərinə istinadən verdiyi məlumata görə, Azərbaycanda özəl sahələrdə bir qədər də çox yeni iş yerləri yaradılmalıdır. Özəl sektorun geniş inkişaf potensialına malik olduğunu bildirən bankın mütəxəssisləri, Azərbaycanda daha böyük perspektivlərin kənd təsərrüfatı sahəsində müşahidə olunduğunu vurğulayırlar.

Ölkənin bir çox sahəsində dərin institusional islahatların aparılmasının vacibliyini bildirən DB mütəxəssisləri onu da qeyd edirlər ki, təhsil sistemində kompleksli islahatlara ehtiyac var və ümumiyyətlə, bu sahə ölkə üçün lazımi mütəxəssislər yetişdirməlidir: «Hazırda rəqabət haqqında qanun layihəsi ölkə parlamentində baxılır. Bu sənəd qüvvəyə mindikdən sonra layihənin icra edəcək institutların yaradılması da vacibdir».

Azərbaycanın yeritdiyi məzənnə siyasətinə toxunan DB ekspertləri qeyd ediblər ki, 2007-ci ildən indiyədək Azərbaycan manatı ABŞ dollarına qarşı 28% möhkəmlənib: «Azərbaycan rəqabətə davamlılığını artırmaq üçün məhsuldarlığa ciddi fikir verməlidir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR