Bank Of Baku

«S&P» agentliyi: ABŞ-ın yüksək kredit reytinqinin bərpası üçün 18 ilədək vaxt tələb oluna bilər

«S&P» agentliyi: ABŞ-ın yüksək kredit reytinqinin bərpası üçün 18 ilədək vaxt tələb oluna bilər
# 08 avqust 2011 08:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. ABŞ-ın yüksək kredit reytinqinin bərpası üçün 9 ildən 18 ilədək vaxt tələb oluna bilər. «APA-Economics»in «ABC News» agentliyinə istinadən verdiyi məlumata görə, bunu «Standard & Poor’s» (S&P) beynəlxalq reytinq agentliyinin icraçı direktoru Con Çembers bildirib.

O, həmçinin yaxın iki il ərzində ABŞ-ın kredit reytinqinin bir qədər də düşəcəyini istisna etməyib: «ABŞ-ın maliyyə vəziyyətinin pisləşməsi davam edərsə, ölkənin kredit reytinqi bir qədər də düşə bilər. Reytinqin bərpası üçün kifayət qədər vaxt və ölkə hökumətinin siyasi gücü lazım olacaq».

C.Çembers bildirib ki, ilk öncə ABŞ hökuməti özünün borc öhdəliklərinə xidmət göstərilməsi prosesini sabitləşdirməli və hazırkı iqtisadi azalmanı aradan qaldırmalı, daha sonra isə maliyyə problemlərinin həllində müvafiq kompromisə getməlidir.

Qeyd edək ki, avqustun 5-də «S&P» agentliyi ABŞ-ın uzunmüddətli kredit reytinqini bir pillə aşağı salıb – «AAA»dan «AA+»dək. Bununla da ilk dəfə olaraq aparıcı dünya iqtisadiyyatını ən yüksək kredit reytinqindən məhrum edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR