Bank Of Baku

Azərbaycanda dolların birja məzənnəsi iyulda 0,04% yüksəlib

Azərbaycanda dolların birja məzənnəsi iyulda 0,04% yüksəlib
# 08 avqust 2011 11:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,04% enib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,7863 AZN-dən 0,7866 AZN-dək artıb. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi may ayında 0,7865 AZN-ə bərabər olub. Halbuki, iyun ayında bu göstərici 0,7873 AZN təşkil edib.

Xatırladaq ki, bu ilin iyul ayında BBVB-nin valyuta bölməsində keçirilən 42 ticarət sessiyasında 10 bankın iştirakı ilə 47,884 mln. manat həcmində 32 alqı-satqı əqdi qeydə alınıb. Bu isə iyun ayı ilə müqayisədə 35,8%, ötən ilin iyul ayına nisbətən isə 46,2% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR