Bank Of Baku

«Xalq Bank» nizamnamə kapitalını artırır

«Xalq Bank» nizamnamə kapitalını artırır
# 08 avqust 2011 12:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Xalq Bank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 38,7 manat, sayı 2,142 mln. ədəd, emissiyanın ümumi həcmi isə 82 895 400 manat təşkil edir. Emissiya «Xalq Bank»ın bundan əvvəl qeydiyyata alınmış (hər birinin nominal dəyəri 34 manat olan 2,142 mln. ədəd – 72,880 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində bankın nizamnamə kapitalı 13,8% artaraq 82 895 400 manata çatacaq.

Xatırladaq ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir. Hazırda bankın nizamnamə kapitalı 72,880 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR