Bank Of Baku

«Qarant Sığorta Agentliyi» filial şəbəkəsini genişləndirir

«Qarant Sığorta Agentliyi» filial şəbəkəsini genişləndirir
# 08 avqust 2011 14:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta Agentliyi» sayca dördüncü filialını istifadəyə verib.

Agentliyin təsisçisi olan «Qarant Sığorta» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, yeni filial Bakı şəhəri, Xətai rayonu, Nobel pr-ti,11 ünvanında yerləşir. Yeni filialda fərdi və korporativ müştərilərə 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərilir. Bunlardan müştərilərə nəqliyyat vasitələrinin sığortası, əmlak sığortası, xaricə səfər edənlərin sığortası, işəgötürənin məsuliyyətinin sığortası, bədbəxt hadisələrdən əməkdaşların sığortası, yüklərin sığortası və digər sığorta növlərini təklif edilir.

Yeni ofis digər filiallar kimi həftənin 6 iş günü, saat 10:00-dan 19:00-dək fəaliyyət göstərir.

Xatırladaq ki, «Qarant Sığorta Agentliyi» 2009-cu ildən fəaliyyət göstərir. Hazırda agentliyin 4 filialı mövcuddur. Yaxın gələcəkdə filialların sayı 2 dəfəyədək artırılacaq. Filiallar həm Bakıda, həm də regionlarda açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR