Bank Of Baku

«Moody’s» agentliyi: Yaponiya Bankı vəziyyəti daha da pisləşdirir

«Moody’s» agentliyi: Yaponiya Bankı vəziyyəti daha da pisləşdirir
# 08 avqust 2011 14:56 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Yaponiya hökuməti və mərkəzi bankı tərəfindən yapon yeninin məzənnəsinin sabitləşdirilməsi üçün həyata keçirilən valyuta intervensiyası ölkənin kredit reytinqinə mənfi təsir edir. «APA-Economics»in xəbərinə görə, «Moody’s Investors Service» beynəlxalq reytinq agentliyi bazarlara trilyonlarla yen kütləsinin buraxılmasını şərh edərkən bununla bağlı məlumat yayıb.

Agentliyin ekspertləri «Weekly Credit Outlook» hesabatında bildirir ki, bu addımlar, eləcə də onunla paralel həyata keçirilən aktivlərin alınması proqramının genişlənməsi gözlənilən nəticəni verməyib və yenin möhkəmlənməsinin qarşısını ala bilməyib.

Qeyd edək ki, hökumət tərəfindən atılan addımlar nəticəsində yenin dollara qarşı məzənnəsini 77,1 yendən 80 yenə salmaq mümkün olub. Lakin avqustun 5-də yenin məzənnəsi yenidən artaraq 78,5 yen/dollara çatıb. Müqayisə üçün bildirək ki, ötən il yapon yeninin dollara nəzərən məzənnəsi 90 yen/dollar olub. Bundan başqa, hökumət aktivlərin alınması ilə bağlı xərclərini 10 trln-dan 50 trln. yenə qədər artırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR