Bank Of Baku

ABŞ «Standard & Poor’s» agentliyini sərt tənqid edir

ABŞ «Standard & Poor’s» agentliyini sərt tənqid edir
# 09 avqust 2011 07:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. ABŞ Senatının Bank Komitəsi avqustun 5-də ABŞ-ın kredit reytinqini azaldan «Standard & Poor’s» (S&P) beynəlxalq reytinq agentliyinin fəaliyyətini sərt tənqid edib. Komitənin sədri agentliyi ABŞ-a qarşı «məsuliyyətsiz» davranışda ittiham edib.

«APA-Economics»in «Associated Press»a istinadən verdiyi məlumata görə, bundan öncə ABŞ administrasiyası «S&P» agentliyinin ABŞ-ın kredit reytinqini səhv hesablamalar əsasında müəyyənləşdirdiyini bəyan edib, halbuki, ABŞ Maliyyə Nazirliyi bu səhvlərlə bağlı agentliyi xəbərdar etmişdir. Nazirliyin şərhlərinə əsasən, söhbət agentliyin hesablamalar zamanı 2 trln. ABŞ dolları məbləğində buraxdığı səhvdən gedir.

Öz növbəsində «S&P» agentliyinin Reytinqlər Komitəsinin rəhbəri Devid Birs bildirib ki, agentlik ABŞ-ın reytinqini aşağı salmaya bilməzdir: «Biz öz vəzifəmizə ciddi yanaşırıq və əgər təhlilin yekunlarına görə komitə reytinqin lazım olan səviyyədə olması nəticəsinə gəlirsə, biz müvafiq qərarı qəbul etməyə bilmərik».

Qeyd edək ki, «S&P» ABŞ-ın kredit reytinqini bir pillə aşağı salıb – «AAA»dan «AA+»dək. Bununla da, ilk dəfə olaraq aparıcı dünya iqtisadiyyatını ən yüksək kredit reytinqindən məhrum edib. Agentliyin mütəxəssisləri hesab edirlər ki, ABŞ-ın yüksək kredit reytinqinin bərpası üçün 9 ildən 18 ilədək vaxt tələb oluna bilər. Agentlik yaxın iki il ərzində ABŞ-ın kredit reytinqinin bir qədər də düşəcəyini istisna etmir.

Bundan başqa, ötən gün agentlik dövlətdən asılı olan şirkətlər, o cümlədən ipoteka giqantları olan «Fannie Mae» və «Freddie Mac» şirkətlərinin reytinqlərini də analoji şəkildə aşağı salıb.

Xatırladaq ki, «S&P» agentliyinin ABŞ-ın kredit reytinqini aşağı salması nəticəsində dünya fond bazarlarında azalma qeydə alıb. Belə ki, Dow Jones indeksi 5,5%, S&P 500 indeksi 6,7%, Nasdaq indeksi isə 6,9% enib. Dow Jones indeksi üçün bu cür enmə 2008-ci ildən indiyədək rekord olub.

Eyni zamanda, ABŞ-ın kredit reytinqinin azaldılması dünya bazarında neftin kəskin ucuzlaşmasına səbəb olub. Belə ki, avqustun 8-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 5,57 dollar və ya 6,4% azalaraq 1 barelə görə 81,31 dollar təşkil edib. ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 5,63 dollar və ya 5,1% azalaraq 103,74 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR