Bank Of Baku

«Bank Standard» yeni pulköçürmə xidmətini istifadəyə verib

«Bank Standard» yeni pulköçürmə xidmətini istifadəyə verib
# 09 avqust 2011 08:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Bank Standard» ASC «Cash by Code» xidmətini istifadəyə verib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, yeni xidmət bankomat vasitəsilə plastik kartı olmayan şəxslərə pul göndərməyə imkan verəcək. Bankomatlar vasitəsilə təqdim olunan «Cash-by-Code» xidməti ilə «Bank Standard»ın müştəriləri öz kartlarından ölkə daxilində və günün istənilən vaxtında digər şəxsə pul göndərə biləcək. Bankomatlarda təqdim olunan və bir kartdan digərinə ani olaraq vəsait köçürməyə imkan verən digər «Card-to-Card» xidmətindən fərqli olaraq «Cash by Code» xidməti plastik kartı olmayanlara bankomatlardan nağd pul çıxartmağa imkan verir.

Bu xidmətdən istifadə etmək istəyən şəxs plastik kart və PİN kod vasitəsilə bankomatın menyusuna daxil olub «Cash by Code» düyməsini seçərək təlimata uyğun olaraq köçürülən pulun valyutasını, məbləğini və köçürməni alanın mobil telefonunun nömrəsini daxil etməlidir. Əməliyyat başa çatdırıldıqdan sonra, bankomat köçürməni almaq üçün istifadə olunan kodun birinci hissəsini çek üzərində çap edir. Bu kod pul alana çatdırılmalıdır. Kodun ikinci hissəsi isə birbaşa köçürməni alan şəxsin mobil telefonuna ismarıc şəklində göndərilir. Köçürülən vəsaiti almaq üçün plastik kart tələb olunmur. Belə ki, ATM menyusuna daxil olub vəsaiti almaq üçün bankomatın «Cash by Code» düyməsini basmaq lazımdır. Daha sonra müştəri kodun hər iki hissəsini birləşdirib onu bankomata daxil etməklə göndərilən məbləği ala bilər.

Qeyd edək ki, «Cash-by-Code» xidmətinin köməkliyi ilə pul göndərib-almaq həm «Bank Standard»ın bakomatları, həm də «Azericard» sisteminə daxil olan əksər yerli bankların bankomatları vasitəsilə mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR