Bank Of Baku

«Amrahbank» depozit və kredit portfellərini artırıb

«Amrahbank» depozit və kredit portfellərini artırıb
# 09 avqust 2011 11:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Amrahbank» ASC-nin aktivləri 2011-ci il iyul ayının 1-nə 72,253 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 17,2% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə «Amrahmank»ın kredit portfeli 5,9% artaraq 48,890 mln. manata, depozit portfeli isə 9,2% artaraq 44,551 mln. manata çatıb.

Cari ilin yanvar-iyun ayları ərzində bankın ümumi gəlirləri 17,8% artaraq 8,119 mln. manat, xərcləri isə 23,5% artaraq 7,280 mln. manat təşkil edib. Nəticədə, bankın hesabat dövründə əldə etdiyi mənfəət əvvəlki ilin ilk yarısına nisbətən 16,2% azalaraq 838,5 min manat təşkil edib.

Xatırladaq ki, təsisçisi 5 yerli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyulun 1-nə bankın 21 filialı, 21 bankomatı və 69 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR