Bank Of Baku

«Kapital Bank»ın səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək

«Kapital Bank»ın səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək
# 09 avqust 2011 14:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, növbədənkənar ümumi yığıncaq sentyabrın 20-də bankın baş ofisində keçiriləcək. Tədbirdə «Kapital Bank»ın cari məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR