Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı nağd pulun sığortalanması üçün tender keçirir

Azərbaycan Mərkəzi Bankı nağd pulun sığortalanması üçün tender keçirir
# 10 avqust 2011 08:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı balansında olan əsas vəsaitlər, nağd pul və nəqliyyat vasitələrinin (CASCO) sığortalanması üçün tender elan edib.

Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar sənədlərini sentyabrın 1-dək, tender təkliflərini isə sentyabrın 9-dək təqdim etməlidir.

Qeyd edək ki, təkliflər zərflərinin açılma prosedurası sentyabrın 12-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR