Bank Of Baku

«Kapital Bank» mənfəətini kəskin artırıb

«Kapital Bank» mənfəətini kəskin artırıb
# 10 avqust 2011 10:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayının 1-nə Azərbaycanın «Kapital Bank» ASC-nin aktivlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 28,2% artaraq 874,386 mln. manata çatıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 38,6% artaraq 560,790 mln. manat, depozit portfeli isə 1,2% azalaraq 304,097 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın məcmu kapitalı 2,5% azalaraq 71,876 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 30 mln. manat olub.

Bu ilin yanvar-iyun ayları ərzində «Kapital Bank»ın ümumi gəlirləri 39,067 mln. manat, xərcləri isə 34,713 mln. manat olub. Nəticədə, bankın mənfəəti 4,354 mln. manata çatıb. Ötən ilin analoji dövrü ilə müqayisədə gəlirlərin həcmi 21,2%, xərclərin həcmi 14,3%, mənfəət isə 2,3 dəfə artıb.

İyulun 1-nə bankın aktiv plastik kartlarının sayı 2 095 390 ədəd təşkil edib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 3,4% çoxdur.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Cari ilin iyulun 1-nə «Kapital Bank»ın 89 filialı, 401 bankomatı və 416 POS-terminalı mövcud olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR