Bank Of Baku

Gizli investor ABŞ-ın kredit reytinqinin azalmasından 10 mlrd. dollar qazanıb

Gizli investor ABŞ-ın kredit reytinqinin azalmasından 10 mlrd. dollar qazanıb
# 10 avqust 2011 12:44 (UTC +04:00)
«APA-Economics»in «The Daily Mail»a istinadən verdiyi məlumata görə, gizli investor və ya hec-fond ABŞ-ın «AAA» səviyyəli reytinqinin aşağı düşəcəyinə 1 mlrd. dollar pul yatırıb. Enmə ehtimalı 1:10 olduğuna görə, investor 10 mlrd. dollar qazınıb.

«ETF Daily News»in məlumatına görə, ABŞ xəzinədarlığının qiymətləri kağızları üzrə fyuçers müqaviləsinə pul iyulun 21-də yatırılıb. İndi qəzeti maraqlandıran odur ki, bu qədər pulla risk edən investor insayder məlumata (yəni, reytinqin aşağı salınacağı barədə əvvəlcədən gizli informasiya) malik olub, ya yox?

Bəzi məlumatlara görə, bu şəxs 80 yaşlı investor Corc Soros ola bilər. Qəzetlər buna sübut kimi, onun 1992-ci ildə İngiltərə Bankının və funt sterlinqin başına gətirdiklərini və bir gün ərzində valyuta spekulyasiyalarından 1 mlrd. dollar qazandığını göstərirlər.

Bundan başqa, qəzetlərin Sorosdan şübhələnməsinin digər səbəbi onun Obama administrasiyası ilə sıx əlaqələrinin olması barədə məlumatların yayılmasıdır. Üstəlik bir qədər əvvəl məşhur milyardçı öz hec-fondunu xarici investorlar üçün bağlayıb. Bu da o deməkdir ki, həmin fonda Qiymətli Kağızlar və Birjalar üzrə Komitənin nəzarəti zəifləyib. Hərçənd qəzetlər bu əməliyyatın tamamilə başqa investorlar tərəfindən aparıldığını da istisna etmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR