Bank Of Baku

«TBC Kredit» şirkəti yeni kredit məhsulunu istifadəyə verib

«TBC Kredit» şirkəti yeni kredit məhsulunu istifadəyə verib
# 10 avqust 2011 13:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yeni tədris ili ərəfəsində «TBC Kredit» bank olmayan kredit təşkilatı yeni «Təhsil krediti» məhsulunu təqdim edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, kredit Bakı və Sumqayıtın aparıcı ali təhsil müəssisələrində təhsil almaq üçün həm yenicə qəbul olmuş, həm də təhsilini davam etdirən bütün tələbələrə verilir: «Kredit girovsuz və ilkin ödənişsiz maksimal 3 min manata qədər 12 ay müddətinə verilir. Eyni zamanda, əhaliyə kreditləşmənin kifayət qədər çevik şərtləri hazırlanıb».

Qeyd edək ki, «TBC Kredit» bank olmayan kredit təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Şirkətin 75%-i «TBC Bank»a (Gürcüstan), 25%-i isə «ShoreBank International Ltd» (ABŞ) şirkətinə məxsusdur.

Xatırladaq ki, cari ilin sonunadək «TBC Kredit» şirkəti kredit portfelini 30,4% artıraraq 30 mln. dollara qədər artırmağı planlaşdırır. Kredit portfeli əsasən biznes layihələrinin maliyyələşdirilməsi və ipoteka kreditləşməsinin artırılması hesabına genişlənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR