Bank Of Baku

«NBC Bank»ın depozit portfeli kəskin artıb

«NBC Bank»ın depozit portfeli kəskin artıb
# 10 avqust 2011 14:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «NBC Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci il iyul ayının 1-nə 55,676 mln. manat təşkil edib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 19% artıb.

Hesabat dövründə bankın kredit portfeli 15,1% artaraq 46,060 mln. manat, depozit portfeli isə 2,6 dəfə artaraq 17,429 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın məcmu kapitalı 14,8% artaraq 18,763 mln. manat, o cümlədən nizamnamə kapitalı 3% artaraq 16,071 mln. manat təşkil edib.

Bu ilin yanvar-iyun ayları ərzində «NBC Bank»ın məcmu gəlirləri 4,333 mln. manat, xərcləri isə 3,256 mln. manat olub. Nəticədə, bankın mənfəəti 709 min manata çatıb. Ötən ilin analoji dövrü ilə müqayisədə gəlirlərin həcmi 3,7%, xərclər 39,2% azalıb, mənfəət isə 26,4% artıb.

Xatırladaq ki, «NBC Bank» ASC 1992-ci ilin dekabrından «Ruzi» Kommersiya Bankı adı ilə fəaliyyətə başlayıb. Cari il iyulun 1-nə bankın ölkə üzrə 7 filialı, 6 bankomatı və 35 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR