Bank Of Baku

«AtaBank»ın mənfəəti kəskin artıb

«AtaBank»ın mənfəəti kəskin artıb
# 11 avqust 2011 07:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayının 1-nə Azərbaycanın «AtaBank» ASC-nin aktivlərinin həcmi ötən ilin eyni dövrünə nisbətən 3,9% azalaraq 197,809 mln. manat təşkil edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iyulun 1-nə «AtaBank»ın kredit portfeli 5,1% azalaraq 129,281 mln. manat, depozit portfeli isə 6,8% azalaraq 163,094 mln. manat təşkil edib.

Hesabat dövründə bankın məcmu kapitalı 2,1% artaraq 27,727 mln. manata, o cümlədən nizamnamə kapitalı 49% artaraq 25 mln. manata çatıb.

Cari ilin yanvar-iyun ayları ərzində «AtaBank»ın gəlirləri 10,760 mln. manat, xərcləri 9,435 mln. manat, mənfəəti isə 1,325 mln. manat təşkil edib. Ötən ilin analoji dövrünə nisbətən bankın gəlirləri 4,2%, xərcləri 13,3% azalıb, mənfəəti isə 3,7 dəfə artıb.

Qeyd edək ki, «AtaHolding»ə daxil olan «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyulun 1-nə bankın ölkə üzrə 59 bankomatı, 362 POS-terminalı və 24 filial və şöbələri olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR