Bank Of Baku

ABŞ-ın reytinqinin aşağı salınması Azərbaycan Dövlət Neft Fondunun investisiya siyasətinə təsir etməyib

ABŞ-ın reytinqinin aşağı salınması Azərbaycan Dövlət Neft Fondunun investisiya siyasətinə təsir etməyib
# 11 avqust 2011 11:30 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə ARDNF-dan məlumat verilib.

Fondan bildirilib ki, gözlənilənin əksi olaraq, bu xəbərin ağır nəticələri özünü sabit gəlirli qiymətli kağızlar bazarlarında deyil, səhm bazarlarında büruzə verib. Belə ki, xəbər elan olunan gün, həmçinin ondan sonrakı günlərdə səhm bazarlarında indekslərin ardıcıl enməsi müşahidə olunub. Bu, özünü həm ABŞ, həm Avropa, həm də Asiya ölkələrinin maliyyə bazarlarında göstərib.

ARDNF-dən qeyd ediblər ki, adətən istiqrazların kredit reytinqinin aşağı salınması, həmin istiqrazların qiymətlərinin kəskin düşməsi ilə müşayiət olunur. Lakin, baş verən hadisələr ABŞ xəzinə istiqrazlarının qiymətində nəinki eyni effekti yaratmadı, əksinə, qeyd olunan istiqrazların qiymətinin artmasına səbəb olub: «Mövcud maliyyə bazarlarına inamsızlıq şəraitində investorlar öz investisiya portfelinin risk səviyyəsini minimal səviyyədə saxlamağa çalışır və ABŞ xəzinə istiqrazları bu məqsədə çatmaq üçün ən əlverişli alternativdir. Yuxarıda göstərilənlər, ABŞ dövlət istiqrazlarına investorların ən az riski olan alət kimi yanaşmasını bir daha sübut edib», - deyə fondun açıqlamasında qeyd olunur.

Hazırda ARDNF-in vəsaitlərinin əksər hissəsi sabit gəlirli qiymətli kağızlara investisiya olunur. Son zamanlar ABŞ iqtisadiyyatında geriləmə, Avropanın bəzi ölkələrində borc böhranı dünya maliyyə bazarlarında qeyri-stabil mühit yaradıb və sabit gəlirli qiymətli kağızların gəlirliliyini tarixən ən aşağı həddə salıb: «Bununla belə, ARDNF-in vəsaitlərinin əsas hissəsinin qısamüddətli sabit gəlirli qiymətli kağızlara investisiya olunması və həmçinin həmin investisiyaların valyutalar, kredit reytinqi, eləcə də regionlar üzrə diversifikasiyası maliyyə bazarlarında baş verə biləcək mümkün şokların portfelə təsirini minimuma endirir».

Fonddan onu da bildiriblər ki, qurum gəlirliliyi artırmaq məqsədi ilə davamlı olaraq yeni növ investisiya alətlərini nəzərdən keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR