Bank Of Baku

«Parabank» yeni müsabiqə keçirir

«Parabank» yeni müsabiqə keçirir
# 11 avqust 2011 12:59 (UTC +04:00)
Bakı. APA-Economics. Azərbaycanın «Parabank» ASC yeni «Uşaqlarımız - Xoşbəxtliyimiz!» adlı fotomüsabiqə elan edib. Bankdan verilən məlumata görə, müsabiqə şərtləri çox asandır: iştirakçılar uşaqlarının şıltaqlığını, dəcəlliyini və digər maraqlı məqamlarını əks etdirən bir fotoşəkili banka göndərib müsabiqəyə qoşula bilər. Müsabiqədə 6 yaşa qədər uşaqların şəkilləri iştirak edə bilər. Şərtlərə əsasən, müsabiqədə iştirak edən şəkillər «Parabank»ın «Facebook» səhifəsində yerləşdiriləcək. Qalib gələn şəkillər toplanmış «Like» işarələrin sayına əsasən müəyyənləşdiriləcək. Qalib gələn fotoşəkildəki uşağına adın aşağıda qeyd olunan məbləğlərdə əmanət açılacaq: 1-ci yer – 2000 manat, 2-ci yer – 1000 manat, 3-cü yer – 500 manat.

Şəkillərin qəbulu bu gündən etibarən avqustun 25-dək davam edəcək. Şəkillər müəllifin adını/soyadını, əlaqə telefonlarını və uşağın adını qeyd edilməklə [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Müsabiqənin əlavə şərtləri də var. Belə ki, burada iştirak etmək üçün hər bir istifadəçi ilk növbədə «Facebookda» daimi səhifəyə malik olmalıdır. Müsabiqəyə yalnız hər bir iştirakçı müəllif tərəfindən çəkilən real şəkillər buraxılacaq. İnternet və ya digər resurslardan əldə edilən fotoşəkillər müsabiqəyə buraxılmayacaq. Mükafatlandırma və yeniliklər haqqında ətraflı məlumatı «Parabank»ın «Facebook»dakı səhifəsindən əldə etmək olar (http://www.facebook.com/Parabank?ref=ts&user=1437548955).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR