Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı auditorun seçilməsi üçün tender keçirir

Azərbaycan Beynəlxalq Bankı auditorun seçilməsi üçün tender keçirir
# 12 avqust 2011 08:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) onun və törəmə müəssisələrinin (Qrupun)2011-ci ilin ilk yarısı və illik dövrləri üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun və Beynəlxalq Audit Standartları əsasında auditin aparılması üçün kənar auditorun seçilməsi məqsədilə açıq tender elan edib.

Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, Qrupa ABB, «ABB-Moskva», «ABB-Gürcüstan», Beynəlxalq Sığorta Şirkəti və «Azericard» MMC daxildir.

Tenderdə iştirak etmək istəyənlər 1 000 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar sənədlərini avqustun 29-dək, tender təkliflərini isə sentyabrın 7-dək təqdim etməlidir.

Qeyd edək ki, təkliflər zərflərinin açılma prosedurası sentyabrın 9-da keçiriləcək.

Xatırladaq ki, Qrupun 2011-ci ilin ilk yarısı üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi cari il dekabrın 9-dək, ümumilikdə 2011-ci il üzrə isə audit 2012-ci il mayın 1-dək aparılmalıdır və müvafiq hesabatlar sifarişçiyə təqdim olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR