Bank Of Baku

«NBC Bank» yeni güzəşt kampaniyasına başlayıb

«NBC Bank» yeni güzəşt kampaniyasına başlayıb
# 12 avqust 2011 10:41 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycanın «NBC Bank» ASC plastik kartlar üzrə «Hər 3-ü pulsuz» adlı yeni kampaniyaya start verib. Kampaniya müddəti ərzində müştərilər plastik kart, İnternet-bankçılıq və SMS-bankçılıq xidmətlərini pulsuz əldə edə biləcəklər.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, müştərilər kampaniyaya qoşulmaqla pulsuz əldə etdikləri plastik kart vasitəsilə həm ölkə daxilində, həm də xaricdə 24 saat ərzində apardığı əməliyyatlar barəsində İnternet-bankinq və SMS-bankinq xidmətindən istifadə etməklə dərhal məlumat əldə edə bilərlər. Hədiyyə olunacaq kart və xidmətlər 1 il ərzində etibarlıdır.

Əlavə məlumatı Bakı şəhərində yerləşən Mərkəz, 1 Saylı, Sahil, Səbail, Yasamal, Gənclik və regionlarda fəaliyyət göstərən Sumqayıt və Gəncə filiallarından almaq olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR