Bank Of Baku

Azərbaycan iqtisadiyyatı son bir ildə 1,1% artıb

Azərbaycan iqtisadiyyatı son bir ildə 1,1% artıb
# 12 avqust 2011 12:55 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ÜDM-in 66,7%-i məhsul istehsalı sahələrində, o cümlədən 53,4%-i sənayedə, 7,3%-i inşaat kompleksində, 6%-i kənd təsərrüfatında yaradılıb.

Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 27,4%, o cümlədən nəqliyyatda 6,2%, ticarət və pullu xidmətdə 8,4%, rabitədə 1,7%, sosial və digər xidmətlərdə 11,1% təşkil edib. ÜDM-in 5,9%-i məhsula və idxala xalis vergilərin payına düşüb. Əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 2 936,5 manat (3 708,2 ABŞ dolları) və ya ötən ilin yanvar-iyul aylarına nisbətən 13% çox olub.

«Hesabat dövründə əlavə dəyər qeyri-neft sektorunda 8,5% artıb, neft-qaz sektorunda isə 5,9% azalıb. Neft-qaz sektorunda məhsul istehsalı keçən ilin müvafiq dövrünün səviyyəsində qalsa idi, ÜDM-in artım sürəti 4,2% olardı», - deyə Komitədən bildirilib.

Qeyd edək ki, Dünya Bankı 2011-ci ildə Azərbaycanda iqtisadi artım tempinin 4,2%, 2012-ci ildə – 4,1%, Avropa Yenidənqurma və İnkişaf Bankı hər iki il üçün 3%, Beynəlxalq Valyuta Fondu 2011-ci ildə - 2,8%, 2012-ci ildə - 2,5%, Asiya İnkişaf Bankı hər iki il üçün 5,8%, Qara Dəniz Ticarət və İnkişaf Bankı 2011-ci ildə – 3,5%, 2012-ci ildə – 4,1%, Azərbaycan hökuməti isə 2011-ci ildə - 3,8%, 2012-ci ildə isə 5% təşkil edəcəyini proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR