Bank Of Baku

Azərbaycanda illik inflyasiya 8,7%-ə düşüb

Azərbaycanda illik inflyasiya 8,7%-ə düşüb
# 12 avqust 2011 13:02 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin iyul ayında iyun ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,8%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,6% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,1% bahalaşıb, xidmət tarifləri əvvəlki ayın səviyyəsində qalıb.

«İlin əvvəlindən keçən yeddi ay ərzində 2010-cu ilin müvafiq dövrünə nisbətən inflyasiya 8,7% təşkil edib, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9%, qeyri-ərzaq mallarının qiymətləri 2,8%, xidmət tarifləri isə 4,4% bahalaşıb», - deyə Komitədən bildirilib.

Xatırladaq ki, cari ilin ilk yarısında Azərbaycanda inflyasiyanın səviyyəsi 8,8% olub.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu 2011-ci ildə Azərbaycanda inflyasiyanın 10,3%, Asiya İnkişaf Bankı – 7,5%, Avropa Yenidənqurma və İnkişaf Bankı – 9,1%, Azərbaycan hökuməti isə 5% olacağını proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR