Bank Of Baku

«Parabank» kredit dərəcələrini azaldıb

«Parabank» kredit dərəcələrini azaldıb
# 15 avqust 2011 08:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Parabank» ASC biznes və istehlak kreditləri üzrə faiz dərəcələrini aşağı salıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, faiz dərəcələrinin aşağı salınmasında əsas məqsəd kiçik və orta sahibkarlığın inkişafına dəstək vermək, o cümlədən digər əhali qrupunun sərfəli şərtlərlə kredit əldə etməsi üçün imkan və şərait yaratmaqdır. Hazırda «Parabank»ın müştəriləri 60 aya qədər krediti illik 22%-dən başlayaraq əldə edə bilir. Bundan əlavə bu növ kreditlər üzrə müştərilər kreditin müddətindən asılı olaraq 12 aya qədər güzəştli müddət əldə edə biləcək. Məsələn, əgər müştəri 36 aylıq kredit götürərsə, o zaman kreditin faiz dərəcəsi 25%, 12 aya qədər güzəştli dövr əldə edə biləcək və həmçinin kreditin girova nisbəti girovun 60%-i dəyərində ölçüləcək. Qeyd olunan faiz dərəcələri yeni müştərilər üçün tətbiq olunur. Bundan başqa, bankda müsbət kredit tarixçəsinə malik təkrar müştərilərə əlavə üstünlüklər və güzəştlər tətbiq olunur.

Qeyd edək ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR