Prezident İlham Əliyev Şamaxıda Vergilər Nazirliyinin Tədris Mərkəzinin açılışında iştirak edib– YENİLƏNİB
Vergilər naziri Fazil Məmmədov dövlət başçısına məlumat verib ki, son illərdə ölkəmizdə vergi sistemində aparılan islahatlar, ilk növbədə bu sahədə modern texnologiyaların tətbiqinə, yeni kadr hazırlığının həyata keçirilməsinə yönəlib.
Prezident İlham Əliyev Tədris Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
Bildirilib ki, Tədris Mərkəzinin inşasına 2008-ci ildə başlanmışdır. 2,5 hektar ərazidə aparılan inşaat işləri yüksək tikinti standartlarına tam cavab verir. Mərkəzin kompleksinə üçmərtəbəli tədris binası, ikimərtəbəli inzibati bina, müdavim və müəllim yataqxanaları, o cümlədən dəvət olunan ekspertlər üçün nəzərdə tutulan ikimərtəbəli dörd qonaq evi daxildir.
Mərkəzdə üç mühazirə auditoriyası yaradılıb. Bütün texniki vasitələrlə təchiz edilən auditoriyaların hər biri 20 nəfərlikdir. Burada üç səviyyədə hazırlıq nəzərdə tutulur. Mərkəzin strukturuna iqtisadiyyat və menecment, vergi metodologiyası, vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedraları, elmi tədqiqat bölməsi, tədris-metodika və maliyyə-təsərrüfat şöbələri daxildir. Tədris Mərkəzinin vəzifəli şəxslərinin say həddi 30 nəfər müəyyən edilib.
Konfrans zalı ilə tanışlıq zamanı dövlət başçısına Avropadaxili Vergi Administrasiyaları Təşkilatının prezidenti Svein Ragnar Kristensenin videotəbriki təqdim olunub. O, Azərbaycan prezidentini yüksək standartlara cavab verən bu cür Tədris Mərkəzinin istifadəyə verilməsi münasibətilə təbrik edib.
Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, hazırda nazirliyin sistemində vergi tədris modeli layihəsi uğurla tətbiq edilir. Bu layihədən vergi orqanları əməkdaşlarının peşə hazırlığının təkmilləşdirilməsi və ixtisaslarının artırılması prosesində mühüm vasitə kimi istifadə olunur. Həmçinin informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə əməkdaşların məsafədən tədrisinin müxtəlif formaları tətbiq edilir. Eyni zamanda, əməkdaşların bilik və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi də işdən ayrılmadan onlayn rejimində yerinə yetirilir.
Akt zalı ilə tanışlıq zamanı bildirildi ki, 96 nəfərlik zalda mühüm tədbirlərin, təqdimat mərasimlərinin keçirilməsi üçün hər cür şərait yaradılıb. Bununla yanaşı, mərkəzdə yüksək zövqlə tərtib edilən foye və guşələr burada hərtərəfli istirahət üçün geniş imkanlar açır.
Prezident İlham Əliyev müdavimlər üçün nəzərdə tutulan yataqxanadakı şəraitlə də tanış olub. Bildirilib ki, burada üç nəfərlik 21, iki nəfərlik 3, bir nəfərlik 3 otaq vardır. Otaqların hər biri yüksək səviyyədə təchiz olunub, müdavimlərin yaşaması üçün hər cür şərait yaradılıb.
Mərkəzin idman-sağlamlıq kompleksində yaradılan şəraitlə tanışlıq zamanı bildirilib ki, burada 80 kvadratmetrlik üzgüçülük hovuzu yaradılıb, trenajorlar quraşdırılıb. Kompleksdə eyni vaxtda 20 nəfərə xidmət göstərən kafe də var.
Tədris Mərkəzinin həyətyanı sahəsini gəzən dövlət başçısı dəvət olunan xarici qonaqlar və ekspertlər üçün nəzərdə tutulan evlərdə yaradılan şəraitlə maraqlanıb. Bildirilib ki, ikimərtəbəli evlərdə hər cür şərait yaradılıb. Qeyd edilib ki, burada müəllimlərin yaşaması üçün ayrıca korpus tikilib. Bu korpusda birotaqlı 12, ikiotaqlı 24 mənzillər var. Tədris Mərkəzinin kitabxanası və internet mərkəzi buraya gələnlərin istifadəsinə verilib.
Mərkəzdə yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı İlham Əliyev kollektivlə görüşərək deyib: ’’Bu mərkəz bütün yüksək standartlara cavab verir. Mən çox şadam ki, qısa müddət ərzində Vergilər Nazirliyi öz işçiləri və gənc işçilər üçün belə gözəl şərait yaradıbdır. Azərbaycanın gözəl guşəsində, Şamaxı rayonunda belə mənzərəli yerdə ən müasir standartlara cavab verən Tədris Mərkəzi tikilibdir. Bu, gözəl hadisədir və Azərbaycanın ümumi inkişafı ilə bilavasitə bağlı olan məsələdir. Çünki təhsil, bilik, elm, iqtisadiyyatımızın elmi əsaslarla inkişafı bizim üçün ən vacib olan məsələlərdir və uğurumuzun səbəblərindən biridir. Çünki biz çalışırıq ki, bütün işləri möhkəm əsaslar üzərində quraq. Bütün proqramlar, layihələr, irəli sürülmüş təşəbbüslər güclü əsas üzərində reallaşır. O cümlədən ölkə iqtisadiyyatı üçün çox vacib olan sahədə - vergilər sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər, “bir pəncərə” təşəbbüsü, bütün bunlar müasir Azərbaycanın inkişafına xidmət göstərir. Siz də yaxşı bilirsiniz ki, Vergilər Nazirliyində tətbiq edilmiş “bir pəncərə” prinsipi indi başqa qurumlarda da tətbiq olunur. Bu prinsip, əslində, həm müasir səviyyəni göstərir, eyni zamanda, Azərbaycanda iqtisadi sahədə şəffaflığın təmin edilməsi üçün də çox vacib rol oynayır. Biz indi “elektron hökumət” qaydalarını tətbiq etməyə çalışırıq. Vergilər Nazirliyində toplanan təcrübə çox qiymətlidir. Mən çox şadam ki, sizin nazirliyiniz müasir əsaslarla idarə olunur, müasir menecment tətbiq edilir, dünya praktikası öyrənilir. Biz elə etməliyik ki, dünya praktikasını, onun ən qabaqcıl nümunələrini Azərbaycanda tətbiq edək.
Bu gün açılış zamanı Avropadaxili Vergi Administrasiyaları Təşkilatının prezidenti təbrik sözlərini bildirdi. Qeyd etdi ki, Azərbaycanda Vergilər Administrasiyasının gördüyü işlər təqdirəlayiqdir. Avropa qurumları ilə də əməkdaşlığımız, o cümlədən bu sahədə münasibətlərimiz səmərəlidir, əlverişlidir və bizə lazımdır. Mən çox şadam ki, Azərbaycanın bugünkü reallıqları həm ölkə sakinləri, həm tərəfdaşlarımız, Avropa nümayəndələri üçün də bu gün görünür, bəyənilir və qiymətləndirilir. Dünən Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin sessiyası Bakıda öz işinə başlamışdır. Orada Azərbaycan haqqında, ölkəmizdə görülən işlər haqqında çox müsbət fikirlər səslənmişdir. Mən şübhə etmirəm ki, bu mərkəzdə sizin həmkarlarınız beynəlxalq tədbirlər keçirilən zaman bu binada da gördüyümüz işlər haqqında yaxşı sözlər deyiləcək, bu, artıq reallıqdır. Bu reallıqları biz özümüz yaradırıq, Azərbaycan xalqı yaradır. Dövlət işində işləyən hər bir məmur öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir. Bunu etmək üçün bütün başqa keyfiyyətlərlə bərabər, əlbəttə ki, peşəkarlıq səviyyəsi də yüksək olmalıdır. Mən ümid edirəm ki, bu binada tədris ediləcək məsələlər o dərəcədə keyfiyyətli olacaqdır ki, peşəkarlıq səviyyəsi bu binanın xarici görünüşünün səviyyəsinə uyğun gələcəkdir. Bu işlərdə sizə yeni uğurlar, cansağlığı arzulayıram’’.
Maliyyə
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
İsDB-in İllik Toplantıları 6 mlrd. ABŞ dolları məbləğində maliyyələşdirmə sazişləri ilə başa çatıb
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Bu günün valyuta məzənnələri
Xəbər Lenti
Bu il narkotiklə bağlı 2110 nəfər cinayət məsuliyyətinə cəlb edilib
Beş ayda 111,7 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
ABŞ AEBA müfəttişlərinin bu həftə İranda işə başlaya biləcəklərini gözləyir
Vens: Həm Livanın ərazi bütövlüyünü qoruya, həm də İsrailin təhlükəsizliyini təmin edə bilərik
Mərdəkanda dənizdə 4 nəfər batıb, iki nəfərin meyiti tapılıb - YENİLƏNİB
Vens: İran danışıqları dayandırmaqla hədələsə də, dialoq sona kimi aparılıb
Azərbaycanın Özbəkistandakı səfiri 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
ABŞ-ın Vitse-prezidenti: İranla danışıqlar çox yaxşı keçib, əhəmiyyətli irəliləyiş əldə olunub
Qubada sürüşmə baş verib
Nazir: Aqrar sahədə dövlət proqramının əsas məqsədi daha az resurs sərf etməklə daha keyfiyyətli məhsul əldə etməkdir
Məsud Pezeşkian sabah Pakistana səfər edəcək
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
Həbsdə olan sabiq hakimə daha bir cinayət işi üzrə hökm oxunub
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Peskov: Putin və Lukaşenko Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcək
Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb
Rusiya ordusu Ukraynaya məxsus 700-dən çox dronu vurub
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Şərurda regional müşavirə keçirilib - FOTO - YENİLƏNİB
UN-Habitatın icraçı direktoru WUF13-ə uğurlu ev sahibliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Ceyhun Cəlilov: Su və torpaq resurslarından səmərəli istifadə əsas prioritetlərdəndir
Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib
Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb
Ermənistandan Moskvaya uçan təyyarə həyəcan siqnalı verib, Mahaçqalaya eniş edib - YENİLƏNİB
Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib - YENİLƏNİB
İran XİN sözçüsü İsveçrədə ABŞ-la texniki danışıqların başladığını təsdiqləyib - YENİLƏNİB
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub, açarlar təqdim olunub - YENİLƏNİB-1 - FOTO
Dron hücumu ilə əlaqədar Moskvanın bütün aeroportları müvəqqəti bağlanıb - YENİLƏNİB
Pakistan lideri: ABŞ-İran danışıqları müsbət atmosferdə keçib, ümidverici irəliləyiş əldə edilib
İcra başçısı: Şərurda kənd təsərrüfatının bir çox sahəsində inkişafa nail olunub
Dövlət qulluqçularının peşə bayramı: məsuliyyət, peşəkarlıq və xidmət missiyası
Azərbaycan Müəllim İnkişafı Mərkəzi növbəti Cambridge CELTA kurslarına start verib - FOTO
Sərdar Berdiməhəmmədov Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
İsmayıllıda iki avtomobil toqquşub, bir nəfər ölüb - YENİLƏNİB
Rafail Quliyev: Müasir suvarma texnologiyalarının tətbiqi kənd təsərrüfatının dayanıqlı inkişafına güclü təkan verəcək
Elvin Cəfərquliyev “Qarabağ”ın əsas heyətinə qaytarılıb
Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib - FOTO
Bu il Naxçıvanda 20 min hektar sahədə payızlıq taxıl əkini aparılacaq
İsDB-in İllik Toplantıları 6 mlrd. ABŞ dolları məbləğində maliyyələşdirmə sazişləri ilə başa çatıb
Naxçıvanda kənd təsərrüfatı sahəsində dövlət dəstəyi ilə kooperativ yaradılacaq
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub - YENİLƏNİB
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Starmer: Leyboristlər Partiyasının yeni liderinin seçkiləri iyulun 9-da başlayacaq
İlham Bayramov: Görülən tədbirlər nəticəsində su itkiləri azalır və fermerlərin su təminatı daha dayanıqlı xarakter alır
Gürcüstanda azərbaycanlıların sayı artıb
ADSEA: Naxçıvanın iqlimi su ehtiyatlarından daha səmərəli istifadəni aktual məsələyə çevirir
Sabahın hava proqnozu açıqlanıb
Britaniyanın Baş naziri Starmer istefa verib
Numan Kurtulmuş Azərbaycana səfər edəcək