Bank Of Baku

«Paşa Bank»ın Gürcüstanda nümayəndəliyi açılıb

«Paşa Bank»ın Gürcüstanda nümayəndəliyi açılıb
# 14 sentyabr 2011 09:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC Gürcüstanda nümayəndəliyini açıb. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Fərid Axundov bildirib.

F.Axundovun sözlərinə görə, artıq qonşu ölkədə bankın nümayəndəliyi fəaliyyət göstərir: «Lakin hələ tam bank xidmətləri göstərmir. Nümayəndəliyin universal bank xidmətləri göstərməsi üçün Gürcüstan Mərkəzi Bankına müraciət olunub. Müraciətə bu ilin oktyabr ayına kimi cavab veriləcəyi gözlənilir».

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR