Bank Of Baku

«Expressbank» yeni kredit kampaniyasına başlayıb

«Expressbank» yeni kredit kampaniyasına başlayıb
# 14 sentyabr 2011 11:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Expressbank» ASC səhiyyə işçiləri üçün aylıq 2% dərəcəsi ilə kredit kampaniyasına start verib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu kampaniya çərçivəsində tibb müəssisələrinin işçiləri 3-18 ay müddətinə əmək haqqının 5 mislinədək aylıq 2% dərəcəsi ilə kredit əldə edə bilərlər.
Qeyd edək ki, kampaniya oktyabr ayının 31-dək davam edəcək.

Xatırladaq ki, «Expressbank» ASC 1989-cu ildən 2010-cu il mart ayınadək «Azərnəqliyyatbank» adı ilə fəaliyyət göstərib. Bankın səhmlərinin 100%-i yerli hüquqi şəxslərə məxsusdur. Cari il iyul ayının 1-nə bankın aktivlərinin həcmi 141,543 mln. manat, kredit portfeli 52,913 mln. manat, depozit portfeli 69,301 mln. manat, məcmu kapitalı 62,553 mln. manat, o cümlədən nizamnamə kapitalı 51 mln. manat təşkil edib.

Hazırda bankın respublika üzrə 10 filialı, 42 bankomatı və 17 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR